Brücke GmbH Caspian Energy Forum Baku-2018-in Avropa partnyoru olub

27.08.2018,15:22


27 avqust, Fineko/abc.az. Brücke GmbH sentyabtın 20-də Azərbaycan Respublikasının Hökumətinin və Caspian European Club-un dəstəyilə keçiriləcək 7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018-in rəsmi Avropa partnyoru olub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Brücke GmbH eksklüziv şəkildə Avropa şirkətlərinin və investorlarının Caspian Energy Forum Baku-2018-də iştirakının təşkili ilə məşğul olur.

Sıx əməkdaşlığa görə Caspian European Club-a minnətdarlığını bildirən Brücke GmbH-in regional direktoru Darya Buryaçenko qeyd edib ki, Brücke GmbH Caspian Energy Forum Baku-2018-in bir hissəsi olmaqdan və çoxlu sayda avropalı deleqatların bu forumda iştirakına yardım etməkdən məmnundur. “Əminəm ki, Caspian Energy Forum bütün iştirakçılar üçün yeni biznes əlaqələrin qurulması, mövcud münasibətlərin möhkəmlənməsi və potensial biznes axtarışı üçün meydan rolunu oynayacaq.

“Caspian Energy Forum Baku -2018”də sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən artıq deleqat iştirak edəcək.
Forumun proqramını, iştirak və qeydiyyatın şərtləri barədə ətraflı məlumatı http://caspianenergyforum.com/baku2018/index.php/en/ linki vasitəsilə əldə edə bilərsiniz.

Sıralarında dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.