Azərbaycan Dövlət Neft Fondu investisiya portfelinin 11,4%-ni xarici menecerlərin idarəsinə ötürdü

17:14 - 27.08.2018


27 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 11,4%-i xarici investorlar tərəfindən idarə edilir.

ARDNF-in illik hesabatında deyilir ki, Fondun vəsaitlərinin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.

“Xüsusilə, aktivlərin 228 milyon dolları və ya 0,6%-i Dünya Bankı tərəfindən,  104 milyon dolları və ya 0,3%-i  “Deutsche Bank Advisors” tərəfindən, 1 598 milyon dollar və ya 4,5% - “UBS Asset Management” tərəfindən,1 493 milyon dollar və ya 4,2% - “State Street Global Advisors” (SSgA) tərəfindən, 332 milyon dollar və ya 0,9% - “Mellon Capital Management” tərəfindən və 315 milyon və ya 0,9% - “BlackRock Investment Management” tərəfindən idarə olunur”, - məlumatda belə deyilir.

 

Вся лента