Xakerlər istifadəçilərin hesablarından pul çəkmək üçün “Azərpoçt”un logosunu istifadə edirlər

17:59 - 28.08.2018


28 avqust, Fineko/abc.az. "Azərpoçt" MMC,  MMC-nin logosunu istifadə edən xaker hücumları haqqında məlumat verdi.

"Azərpoçt"un verdiyi məlumata əsasən, MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.  Mesajlarda istifadəçiləri Iphone X və ya hədiyyə kartları udmaq şansı əldə etmələri münasibəti ilə təbrik edirlər.

“Mesajda deyilənləri icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur və daha sonra  guya udulan hədiyyənin vergi hissəsini ödədikdən sonra, hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda deyilənlərə aldanan vətəndaşların bank kartlarına daxil olub, hesablarındakı bütün vəsait mənimsənilir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC və  Elektron Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb və istifadəçilərin nəzərinə çatdırırlar ki, əgər  İnternetdən istifadə zamanı, veb-brauzeriniz sizi www.yetill.com saytına yönəldirsə, bu o deməkdir ki,  sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub.

Mümkün yoluxmanın qarşısını almaq üçün, son yüklənilən zərərli (xəbərəniz olmadan) proqramları kompüterdən təmizləmək lazımdır.

 

Вся лента