Vergilər Nazirliyi Bakının ticarət obyektlərində monitorinq keçirib

12:11 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Vergilər Nazirliyi iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə ilə bağlı monitorinqlər keçirib.

Nazirliyin məlumatında deyilir ki, monitorinq əsasən məlumatlandırıcı xarakter daşıyıb və onun məqsədi, cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılması olub.

“Bir sıra obyektlərdə pozuntular aşkar edilmişdir. Ümumiyyətlə, aşkar edilmiş pozuntular zamanı obyektlərin 45%-i cərimələnmiş, obyektlərin 15%-də pozuntular aşkar edilməmişdir, 40%-i isə müvafiq tələbləri ilk dəfə pozduqlarına görə, xəbərdarlıq almışlar”, - məlumatda belə deyilir.

 

Вся лента