Bakıda növbəti HR Forum keçiriləcək

16:27 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası (ABA) “İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri” mövzusunda növbəti HR Forum təşkil edir.

ABA-nın məlumatında deyilir ki,  forum Bank Tədris Mərkəzi, Azərbaycan İnsan Resursları Cəmiyyəti, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM), ADA Universitetinin dəstəyi ilə keçiriləcək.

“Forum, sentyabrın 15-də ADA Universitetində keçiriləcək”, - məlumatda belə deyilir.

 

Вся лента