Azərbaycanın bank sektorunun cəmi aktivləri 26,163 milyard manata çatdırılıb

17:24 - 3.11.2017


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkənin bank sektorunun 30 sentyabr 2017-ci il tarixi üzrə fəaliyyətinin yekunlarını açıqlayıb.

Hesabatda deyildiyi kimi, Azərbaycanın bank sektorunun cəmi aktivləri hesabat dövründə 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil etmişdir.

“Sektorun balans kapitalı 3,018.6 milyon manat, əhalinin əmanətləri 6,999.5 milyon manat olmuşdur”, - məlumatda belə deyilir.

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,486-dır.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,340 nəfər təşkil etmişdir.

 

 

Вся лента