Azərbaycan 2019-cu ildən post-neft iqtisadiyyatına keçidlə bağlı yeni büdcə siyasətinin tətbiqinə başlayacaq

13:19 - 30.08.2018


30 avqust, Fineko/abc.az. Azərbaycanda 2019-cu ildən başlayaraq qısamüddətli və orta müddətli büdcə xərclərinin idarə olunması üçün yeni qaydalar tətbiq ediləcəkdir.

Maliyyə Nazirliyindən alınan məlumata əsasən, yeni qaydalar dövlət başçısı tərəfindən təsdiq edilmiş “Büdcə sistemi haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq tətbiq olunacaq.

“Dəyişikliklər neft gəlirlərindən asılılığını azaldacaq və büdcə intizamını əhəmiyyətli dərəcədə artıracaq. Yeni düzəlişlərin tətbiqində məqsəd, büdcə xərclərinin kəskin artımının qarşısını almaq və yüksək neft qiymətləri dövründə büdcə pro-tsikliliyi  məhdudlaşdırmaqdır”, - nazirlikdən belə xəbər verildi.

Məlumatda deyilir ki, beləliklə, büdcə siyasətinin kontr-tsiklik büdcə siyasətinin təmin edilməsi planlaşdırılır ki, bu da ölkənin post-neft iqtisadiyyatı üçün vacibdir.

 

Вся лента