31 avqustda gözlənilən hava şəraiti

14:44 - 30.08.2018


Yayın sonuncu günü, avqustun 31-də Bakı şəhərində, eləcə də Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava gözlənilir.

Mülayim cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Sinoptiklər Abşeronda gecə 20-24, gündüz 29-34,  Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağını deyirlər.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 40-50% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) avqustun 31-də dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında  sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər saatlarında dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 18-23, gündüz  31-36, dağlarda gecə 12-17, gündüz  21-26 dərəcə isti təşkil edəcək.

 

Вся лента