Azərbaycan neftinin qiyməti bir barelə 79,38 dollar təşkil edir

10:44 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,35 dollar (0,44%) bahalaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,38 dollar təşkil edir.

 “NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti cümə günü, 31 avqust tarixində keçirilən ticarətin nəticəsində 0,45 dollar (0,64%) ucuzlaşaraq bir barelə 69,80 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti cümə günü, 31 avqust tarixində keçirilən ticarətin nəticəsində 0,13 dollar (0,17%) enərək  bir barelə 77,64 dollar təşkil etmişdir.

Cümə günü, 31 avqust tarixində keçirilən ticarətin nəticəsində “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 7,84 dollar / barelə təşkil edir.

 

Вся лента