2018-ci ilin 7 ayı ərzində xarici valyutada depozitlər 900 milyon manatdan çox həcmdə azalıb

13:15 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin 7 ayı üzrə maliyyə statistikasını açıqlayıb.

AMB-in məlumatına əsasən, 31 iyul 2018-ci il tarixinə olan məlumatında, Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi (M0) 7 381,4 milyon manat təşkil etmişdir ki, bu da  iyul ayında 207,6  milyon manat  artım (2,89%), yanvar-iyul aylarında isə 108,9 milyon manat (1,45%) azalma təşkil etmişdir.

İyulun sonunda pul aqreqatı M1 (M0 + çeklər, tələb olunana qədər  depozitlər, hesablaşma hesablarında olan milli valyutada qalıqlar) 11 036,9 milyon manat təşkil etmişdir ki, bu da iyul ayında 380,8 milyon manat (3,57%) artım, ilin əvvəlindən isə 492,7 milyon manat (4,67%) artım təşkil etmişdir.

31 iyul 2018-ci il tarixinə pul aqreqatı М2 (М1 + müddətli əmanətlər) 13 347,2 milyon manat təşkil etmişdir ki, bu da iyul ayında 362,5 milyon manat (2,79%) artım, yanvar-iyul aylarında isə 880,8 milyon manat (7,07%) artım təşkil etmişdir.

Pul kütləsi М3 (М2 + əmanət depozitləri, sertifikatlar və dövlət istiqrazları) Azərbaycanda  31 iyul tarixində 22 728,0 milyon manat təşkil edib ki, bu da iyul ayında 44,4 milyon manat artım, 2018-ci ilin 7 ayında isə 44,1 milyon manat (0,19%) azalma təşkil etmişdir.

31 iyul 2018-ci il tarixinə xarici valyutada depozitlər 9,380,7 milyon manat təşkil edib ki, bu da iyul ayında 318,2 milyon manat (3,28%) azalma, yanvar-iyul aylarında isə 924,9 milyon manat (8,97%) enmə təşkil edib.

 

Вся лента