330x110
 

Toxumçuluq təsərrüfatlarında monitorinqlər davam edir

03.09.2018,15:31


3 sentyabr, Fineko/abc.az. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa) toxumlarının sertifikatlaşdırılması üçün toxumçuluq təsərrüfatlarında monitorinqlər  həyata  keçirilir.

Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət  9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq həyata keçirib və hazırda bu proses başa çatmaq üzrədir. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyyələr  verilib.

Dövlət xidmətinin mütəxəssisləri Şamaxı Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə (Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Göyçay) 33 toxumçuluq təsərrüfatında toxumun anbarda saxlanılmasına, qablaşdırılmasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirilib. Kondisiyalı toxumlara baxış zamanı Şamaxı RTSM üzrə 4362 ton (33 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülmüşdur. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin RTSM tərəfindən sertifikatlaşdırılacaq. Digər bölgələrdə monitorinqlər davam etdirilir.

Ключевые слова: Toxumçuluq