Tikinti sahəsində işləyən Mühasiblərə “Workshop”keçirildi

15:39 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər mühasibat uçotu sahəsində fəaliyyət göstərən peşəkar mütəxəssislər üçün yeni kriteriyaların formalaşdırılmasını zəruri edir. Bu məqsədlə ARPA (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossasiyası)  Vergilər Nazirliyi və Maliyyə NazirliyininTədris Mərkəzlərinin birgə iştirakı ilə Qanuna dəyişikliklərin müzakirə edilməsi və implementasiyası ilə bağlı yarana biləcək problemlərin həllinə nail olmaq üçün peşəkar mühasiblərin təklif və tövsiyələrini dəyərləndirmək məqsədilə tikinti sahəsində çalışan mühasiblər üçün 31 Avqust tarixində ÖDƏNİŞSİZ workshop keçirtdi.

“Workshop” daAzərbaycan Respublikasında tətbiq ediləcək yeni mühasibat uçotu standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları,  Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları mövzularını  müzakirə edilmişdir.

Seminarda məruzəçi qismində Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri Firudin Sultanov idi. Firudin Sultanov həmçinin ARPA –nın “Mühasibat uçotu” komitəsinin Sədridir.

Qeyd etmək istərdik ki, sentyabr ayının 14-ü Neft və Energetika sahəsində çalışan mühasiblər üçün “Workshop” keçiriləcək.  “Workshop”lar mərhələli şəkildə həyata keçirilir və bütün Azərbaycan ərazisini əhatə edəcəkdir.

İştirak üçün [email protected] email ünvünına müraciət edı bilərsiniz.

“Workshop” larda iştirak etməklə ,verdiyiniz təkliflər fonunda ümumi istiqaməti və müzakirə predmeti formalaşdırılacaq və bu proses qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşdırılmasında baza rolunu oynayacaqdır.

 


Вся лента