“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 147 583 istehlakçıya xidmət edib

16:33 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin etmişdir.

Cari ilin səkkiz ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 147 583 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilmişdir.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcəkdir.

Вся лента