Nobel Oil Services əməkdaşları üçün ADA Universitetində təlim layihəsi həyata keçirilib

06.11.2017,12:25


ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Nobel Oil Services şirkətlər qrupunun 35 nəfər orta və yüksək səviyyəli menecerləri üçün “Komanda Liderliyi” və “Dəyişikliklərin İdarəedilməsi” təlim modullarından ibarət “Liderlik Bacarıqları üzrə Fərdi Proqram” həyata keçirilib.

“Hər bir şirkətin uğuru onun “əsas aktivi” sayılan peşəkar əməkdaşlardan asılıdır. Nobel Oil Services şirkətlər qrupu ixtisaslaşmış təlim proqramları vasitəsilə işçi heyətinin peşəkar inkişafını dəstəkləyir. ADA Universiteti ilə birgə layihəmiz orta və yüksək səviyyəli menecerlərin idarəetmə və liderlik bacarıqlarının inkişafına, eləcə də komanda məhsuldarlığının yüksəldilməsinə, innovasiyaların təmin edilməsinə və şirkətin rəqabət gücünün artırılmasına xidmət edir", - deyərək Qrup üzrə İnsan Resursları departamentinin rəhbəri Ellada Alışova bildirib.

"Proqramın sayəsində iştirakçılar və təlimçilər böyük təcrübə əldə etmişdirlər, belə ki təlimlər nəzəri və praktiki biliklərlə yanaşı yeni peşəkar əlaqələrin qurulması və birgə tədris üçün əlverişli mühit yaratmışdır. Bu interaktiv proqram menecerlərin komanda idarəçiliyi bacarıqlarını inkişaf etdirmək, dəyişikliklərin idarəedilməsi rolunu və uğur amillərini anlamaq, çətinlikləri təhlil etmək və qiymətləndirmək, eləcə də təşkilatda davamlı inkişafı təmin etmək üçün bacarıqları artırmaq məqsədilə keçirilib", – deyərək ADA Universitetinin İxtisasartırma proqramları üzrə Prorektor müavini Aygün Hacıyeva bildirib.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

 

Ключевые слова: Nobel Oil Services ADA