Qəfləti ölüm halları xoruldama problemi olanl şəxlərdə daha çox rast gəlinir

16:07 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Statistikaya görə  hər 5 kişidən birinin xoruldadığı məlumdur. Qadınlarda isə əsasən menopauza dövründən sonra bu şikayət meydana çıxır.

Səbəb nədir?

Xoruldama-  hava kütləsinin hər hansı bir səbəbdən daralmış nəfəs yollarından keçməsi zamanı formalaşır. Qırtlağın şöbələri bir-birinə dəyir və hava axınının təsirindən “titrəyir”.

Xoruldamaya səbəb olan amillər -artıq çəki, burun çəpəri əyriliyi, dilin normadan böyük olması, sinusit, damaq badamcıqlarının böyüməsidir. Anadangəlmə səbəblərə: burun yollarının dar olması, qırtlaq qapağının uzun olması, çənə qüsurları aiddir. Qırtlaq əzələlərinin tonusuna, həmçinin qalxanvar vəzin funksiyasının zəifləməsi, yuxusuzluq, yorğunluq, siqaret, sakitləşdirici preparatların və ya alkoqolun qəbulu da təsir edir. Yaşla əlaqədar dəytişikliklər də səbəb ola bilər.

Fəsadları:

Əgər xorultu yalnız zökəm, burun tənəffüsünün pozulması ilə əlaqədar yaransa narahatlığa dəyməz. İltihab əlamətləri itəndən sonra şikayətlər də itəcək.

Davamlı xorulduyan şəxslər gündüzlər “halsız” olur. Çünki, xoruldayan şəxsin beyni tam dincələ bilmir. Xoruldamaq ətrafdakı insanların yuxusuna da mənfi təsir göstərir. Hətta bu bəzən ciddi münaqişələrə də səbəb ola bilər.

Xoruldamağın ən ciddi ağırlaşması apnoe- yuxuda nəfəsin dayanmasıdır. Apnoe gecə ərzində bir neçə dəfə təkrarlanır və bu isə orqanizmin oksigenlə təchizatını azaldır. Apnoenin müddəti 10-20 saniyə və  bəzi ağır hallarda isə 1 dəqiqəyədək çəkə bilər. Araşdırmalar göstərir ki, apnoe sindromu olan şəxslərdə gecələr insult və infarkt riski digər şəxslərlə müqayisədə xeyli yüksəkdir. Belə şəxslərdə yuxuda qəfləti ölüm halları da çox rast gəlinir. Bu səbəbdən apnoe zamanı müalicə mütləqdir.

Вся лента