“Tekfen” türk şirkəti Azərbaycanda $2 milyard dəyərində inşaat layihələri reallaşdırdı

06.11.2017,13:09


6 noyabr, Fineko/abc.az. Azərbaycanda “Tekfen” türk şirkəti tərəfindən yerinə yetirilən işlər $2 milyard 092 milyon 204,632 min dəyərində qiymətləndirilir.

Şirkətin məlumatında deyildiyi kimi, layihələrin əksəriyyəti “AZFEN” müştərək şirkətlə birlikdə yerinə yetirilib. İşlər $787 milyon 838,183 min dəyərində qiymətləndirilir, onların 89%-i yerinə yetirilmişdir. 31 dekabr 2018-ci il tarixində işlər başa çatdırılacaq.

“Həcminə görə ikinci layihə “Şahdəniz” layihəsinin 2-ci mərhələsi çərçivəsində yerinə yetirilən Səngəçal terminalının tikintisidir.  Layihə $480 milyon 318,763 min dəyərində qiymətləndirilir və 14 oktyabr 2017-ci il başa çatdırılmışdır. Bundan sonra isə $414 milyon 237,659 min dəyərində qiymətləndirilən və tamamlanma tarixi 15 dekabr 2017-ci ilə təyin edilmiş SOCAR TOWER binasının tikintisi üzrə layihədir”, - məlumatda belə deyilir.

Daha sonra, “Şahdəniz” layihəsinin 2-ci mərhələsinin platformalarının üst tikililərinin quraşdırılması layihəsi gözlənilir. Bu layihə  $315 milyon 810,027 min dəyərində qiymətləndirilir və 31 dekabr 2017-ci il tarixində başa çatdırılacaq. Azərbaycan Respublikasının Vergilər Nazirliyi binasının tikintisi üzrə layihə $94 milyon dəyərində qiymətləndirilir. “AZFEN” müştərək şirkətin iştirakı olmadan gerçəkləşdirilən layihələrin qiyməti $222 milyon 269,704 min  həcmindədir.

“AZFEN” müştərək şirkəti 1996-cı ilin yanvar ayında, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kapitalda 60% iştirakı və “Tekfen” şirkətinin 40% iştirakı  ilə təsis edilib.

 

Ключевые слова: Tekfen AZFEN