Erl Litsenberger ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəddir

10:23 - 5.09.2018


5 senytabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp, Erl Litsenbergeri (Earle D.Litzenberger) Azərbaycandakı səfir vəzifəsinə təklif edib.

Ağ Evin məlumatında deyilənə görə, Erl Litsenberger hazırda Dövlət Departamentində Hərbi-Siyasi İşlər Bürosunun böyük məsləhətçisi vəzifəsini tutur.

“E. Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda böyük elmi işçi; NATO-nun ABŞ missiyasının rəhbərinin müavini; NATO-nun Əfqanıstandakı Böyük  Sivil nümayəndəsinin müavini; ABŞ-ın Serbiyadakı səfirliyində Missiya Baş Sədrinin müavini; ABŞ-ın Qırğızıstandakı səfirliyinin missiya başçısının müavini vəzifələrində çalışıb”, - Ağ Evin məlumatında belə deyilir. 

Erl Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Robert Sekuta öz diplomatik missiyasını 2018-ci ilin mart ayında tamamladı.

 

Вся лента