Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

06.11.2017,15:26


6 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkənin Energetika Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq etdi.

Qərara  əsasən, kollegiyanın tərkibi  9 üzvdən ibarət  olmaqla təsdiq edilmişdir.

Energetika naziri Pərviz Şahbazov kollegiyanın sədri  təyin edilmiş, kollegiyanın tərkibinə Gülməmməd Cavadov (müavin), Natiq Abbasov (müavin), İxtiyar Hüseynov (aparat başçısı), İbrahim Ağayev (hüquq münasibətləri şöbəsinin rəhbəri), Fazil Nağıyev (dövlət proqramlarının işlənilməsi və icrası şöbəsinin rəhbəri), Xalidə Məsimova (enerji effektivliyi, alternativ və bərpa olunan enerji şöbəsinin rəhbəri), Cəfər Hüseynov (dövlət enerji nəzarəti idarəsinin rəisi) və Hacıqulu Sadiqov (qaz nəzarəti idarəsinin rəisi) daxildirlər.