Azərbaycan neftinin qiyməti bir barelə 79,17 dollar təşkil edir

12:34 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,57 dollar (0,71%) ucuzlaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,17 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti 5 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,15 dollar (1,65%) ucuzlaşaraq bir barelə 68,72 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 5 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,90 dollar (1,15%) enərək  bir barelə 77,27 dollar təşkil etmişdir.

Nəticədə “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  hazırda 8,55 dollar / barelə qədər artmışdır.

 

Вся лента