Bu ilin sonunda Azərbaycan xaricdə iki Ticarət Evi açacaq

12:45 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. 2018-ci ilin noyabr-dekabr aylarında iki ölkədə Azərbaycanın Ticarət Evləri açılacaq.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev bildirib ki, bu il Varşavada (Polşa) və Aktauda (Qazaxıstan) “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.

O, həmçinin bildirdi ki, ilin sonunda Monqolustan, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Çin, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları həyata keçiriləcək.

 

 

Вся лента