“AdPrint” - 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi

13:01 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Bu il “Caspian Event Organisers” (“CEO”) şirkətinin tədbirlər sırasına yeni 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi “AdPrint” sərgisi əlavə olunub. Sərgi “Gift&Promo Fair” sərgisi ilə paralel olaraq 20-22 sentyabr 2018-ci il tarixlərində “Boulevard Hotel Baku” mehmanxanasında keçiriləcək. “AdPrint” sərgisi regionda reklam xidmətlərinin bütün spektrini əhatə edən və həm yerli, həm də xarici şirkətləri bir araya gətirən yeganə tədbirdir.

Sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edirlər. İştirakçılar skanerləri, “Flexi Capture” proqram təminatını, İT-texnologiyaları, ofis avadanlıqlarını, nəşriyyat-poliqrafiya xidmətlərini, istənilən növ avadanlıq və ləvazimatları (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, “3D” formatlı çap və s.), stendlərin quraşdırılmasını, tekstil avadanlıqları, suvenirləri, “POS” və reklam materiallarını, eləcə də təşviqat məhsullarını, peşəkar çap avadanlıqlarını (ofset, rəqəmsal, çapa qədər/çapdan sonrakı işləmə üçün avadanlıqlar və s.), istehlak mallarını və bir sıra digər materialları təqdim edəcəklər. “AdPrint” sərgisində iştirak edən yerli şirkətlər isə Türkiyə, Almaniya, İtaliya və Çinin dünyaca məşhur brendlərini təqdim edirlər.

Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək. Ümumilikdə, sərgi son təmayülləri araşdırmaq, eləcə də bu unikal sahədə əldə olunan bütün nailiyyətlər barədə məlumat toplamaq üçün imkan yaradacaq. “AdPrint” sərgisi reklam və çap məhsulları üzrə ən son texnologiyaların istehsal və satışı ilə məşğul olan, ən orijinal ideyaları təklif edən reklam şirkətlərinin məhsul və xidmətlərini təqdim etmək üçün ideal platformadır.

“AdPrint” sərgisi yeni tərəfdaşları cəlb edərək bazarı təhlil etmək üçün çox səmərəli vasitəyə çevrilməklə yanaşı, reklam və çap məhsullarının istehsalı sahəsində innovativ məhsul və xidmətlərin nümayiş olunduğu unikal platforma funksiyasını yerinə yetirəcək.  Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Sərgi haqqında ətraflı məlumat və elektron dəvətnamə rəsmi saytda yerləşdirilibdir: www.adprint.az.

 

Вся лента