Maliyyə Nazirliyi DQİ yerləşdirəcək

16:14 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.

BFB-in məlumatında deyilir ki, hərrac çərşənbə axşamı günü,  11 sentyabr 2018-cı il tarixində keçiriləcək.

“Emissiyanın həcmi, istiqrazların hər birinin nominal dəyəri 100 manat olmaqla,  10 milyon manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 182 gündür.Yerləşdirmənin anderrayteri qismində  PASHA Kapital şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

Maliyyə Nazirliyi 21 avqust tarixli DQİ satışı üzrə hərracı etibarsız hesab etdi. O zaman hərraca 35 milyon manatlıq DQİ çıxarılmışdır.

 

 

Вся лента