Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

16:51 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. 16-31 avqust 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 241 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 60 müddətli “məcburi göstəriş” verilib.

 Ümumilikdə, 53 iş üzrə 64450 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 33 iş üzrə 37538,25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 234 iş üzrə 28942,93 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına  23,  məhkəmələrə  3 isə iş göndərilib.

Вся лента