Keçən il “Azərikimya”da istehsal edilmiş neft-kimya məhsullarının 86,4 faizi ixrac olunub

16:59 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) ötən il istehsal olunmuş neft-kimya məhsullarının 86,4 faizi ixrac edilib.

Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

Hesabata görə, 2017-ci ildə “Azərikimya” İB-də 344,09 min ton neft-kimya xammalı emal olunaraq 96,1 min ton etilen, 48,6 min ton propilen və 110,5 min ton digər qiymətli piroliz məhsulları istehsal edilib. “EP-300” piroliz qurğusunda olefinlərin faktiki çıxım faizi 42 faiz olub. İl ərzində istehsal olunmuş polietilenin miqdarı 93,2 min ton təşkil edib. 2017-ci ildə “Azərikimya” İB-də istehsal edilmiş neft-kimya məhsullarının 13,6 faizi respublika daxilinə, 86,4 faizi isə ixrac olunub.

 

Вся лента