Bakı Fond Birjası AİF-in istiqraz vərəqələrinin yerləşdirilməsi üzrə hərrac keçirəcək

06.11.2017,17:50


6 noyabr, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 8 noyabr tarixində Azərbaycan İpoteka Fondunun istiqraz vərəqələrinin yerləşdirilməsi üzrə hərrac keçirəcək.

Birjanın məlumatında deyildiyi kimi, hərraca, hər birinin nominal dəyəri 1000 manat olmaqla,  25 milyon manat həcmində  istiqraz vərəqələri təqdim ediləcək.

İstiqraz vərəqələrinin dövriyyəsinin müddəti 18 il (6480 gün) təşkil edəcək. “PASHA Capital” şirkəti anderrayter olaraq çıxış edəcək.

 

 

Ключевые слова: Bakı Fond Birjası İpoteka Fondu