Azərbaycan neftinin qiyməti bir barelə 78,99 dollar təşkil edir

10:54 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,11 dollar (1,43%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,99 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti bazar ertəsi günü, 10 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,21 dollar (0,31%) ucuzlaşaraq bir barelə 67,54 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 10 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,54 dollar (0,7%) artaraq  bir barelə 77,37 dollar təşkil etmişdir.

Nəticədə “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi artaraq hazırda 9,83 dollar / barelə təşkil edir.

 

Вся лента