Oqtay Şirəliyevin rəhbərliyi ilə səhiyyə nazirliyində Kollegiya İclası keçirildi

11:15 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş Kollegiya iclası keçirildi.

Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhiyyə Nazirliyin Kollegiya üzvləri, Doğuşayardım Xidmətinin təşkili xidmətinin baş mütəxəssisləri, Perinatal Mərkəzlərinin rəhbər və məsul şəxsləri, Doğum evlərinin rəhbərləri, mamagenikoloqları, qadın məsləhətxanalarının baş həkimləri, ETİ Pediatria İnstitunun rəhbərliyi və.s səlahiyyətli şəxslər iştirak edirdi.

Respublikanın Baş mamaginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış etdi.

Respublikamızda doğuşayardım xidməti perinatal konsepsiyaya uyğun qurularaq beynəlxalq standartalara müvafiq həyata keçirilir. Belə ki, Respublikamızda antenatal qulluq ilkin səhiyyə müəssisələrində: müstəqil və MRX nəzdində qadın məsləhətxanalarında, feldşer mama məntəqələrində, kənd sahə xəstəxanasında, kənd həkim ambulatoryasında, ailə planlaşdırılması mərkəzlərində, polikilinikaların nəzdində mama-ginekoloji kabinetlərdə göstərilir.

Doğuşayardım xidməti Respublika üzrə I səviyyəli- 53, II səviyyəli -18, III səviyyəli – 10 doğuşayardım tibb müəssisələrində göstərilir.

8 ay ərzində Respublikada ümumi qeydiyyata götürülən hamilələrin sayı 76020 olmuşdur. Onlardan, 39701(52%) hamiləliyin erkən müddətində qeydiyyata alınmışdır. Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27834 (37 %) təşkil etmişdir.

Ekstragenital patologiyaların strukturuna gəldikdə Respublika üzrə 41% anemiyalı, 28% uşaqlıq üzrərində çapıqlı, 4% ürək, 6% böyrək, 2% preeklampsiyalı və 27 % digər xəstəliklər təşkil etmişdir. Qadın məsləhətxalardan alınan məlumata əsasən Respublikada ümumi doğuşların sayı 71477 təşkil etmişdir. 8 ay ərzində Dövlət Statiastika Komitəsindən alınan rəqəmlərə görə ümumi doğuşların sayı 89202 olmuşdur. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramına uyğun olaraq hamiləlik registiri təkmilləşdirilərək müvafiq təlimatlar keçirildikdən sonra Respublika üzrə tətbiq olunmuşdur. Bakı şəhəri üzrə 16 müəssisə , rayonlar üzrə 39, özəl tibb müəssisəslərindən 5 müəssisə hamilələr haqqında məlumatları daxil edirlər.

8 ay ərzində Perinatal Mərkəzlərdən Şəki RPM - 1189 doğuş (q\k 21%), Gəncə RPM – 2470 doğuş (q\k 44%), Quba RPM -1532 doğuş (q\k 22%), Lənkəran RPM – 1080 (q\k 50%), Sabirabad RPM -1579(q\k 37%), Respublika Perinatal Mərkəzində 1640 (q\k 58%), ETMGİ -1462 (q\k 63,4) olmuşdur.

8 ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmamazlığı, anestezioloji qüsur olmuşdur.

Hər bir ana ölümü Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülmüşdür. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilmiş: 1 baş həkim ,1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi. Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülmuş və təkmilləşmə kurslarına göndərilmişdir.

Bakı şəhəri üzrə antenatal qulluq 21 dövlət və 11 özəl doğuşayardım xidmət 14 dövlət və 11 özəl müəssisələrdə göstərilir. Cəmi 8 ayda qeydiyyata alınanlar 18772 nəfər olub.

Bakı şəhəri üzrə 8 ayda 14312 doğuş qeydə alınıb.

Kritik halda olan hamilə və zahı qadınların Bakı şəhərinin tibb müəssisələrinə köcürülməsi əksər hallarda SNTTTYS-ı tərəfindən həyata kecirilir. Belə ki, 8 ay ərzində 60 qadına 146 çağırış, 53 halda telesəhiyyə vasitəsindən istifadə olunmuş və yalnız 17 halda hamilə və zahılar Bakı şəhərinini doğuşayardım müəssisələrinə köçürülmüşdür, və bu da kecən ilin 8 ayı ilə müqaisədə 43% az olmuşdur.

SNTTTYS xətti ilə rayonlarda kritik halda olan hamilə və zahılara dar ixtisaslı mütəxəssislər 146 dəfə cağırılmışlar.

S.Məmmədova çıxışının sonunda Doğuşayardım xidmətində qeyd olunan çatmamazlıqları nəzərə alaraq, müxtəlif təkliflərlər irəli sürdü.

Daha sonra, 7 saylı Qadın Məsləhətxanasının baş həkimi Südabə İsmayılova, ETİ Pediatriya institutunun direktoru Nəsib Quliyev Respublikada doğuşayardım xidmətinin vəziyyəti, cari ilin 8 ayının hesabatı ilə çıxış etdilər və bəzi təkliflərlərini Kollegiya iştirakçıların diqqətinə çatrdılar.

Sonda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirdi ki, səhiyyənin göstəricilərindən danışarkən ilk növbədə ana və uşaqların sağlamlığı önə çəkilir. Xoşagəlməz halalrın qarşısını vaxtından almaq üçün müxtəlif tədbirlər görülür, məlumatlar verilir. Lakin bütün bunlara baxmayaraq yenə də 18 min hamilə,qadın məsləhətxanasına müraciət etməyib. Bu çox böyük rəqəmdir və bu yolverilməzdir. Belə halların azaldılması üçün maarifləndirmə işləri gücləndirilməli, yeni layihələr və təkliflər irəli sürülməlidir.

Sonda nazir Doğum Evlərinin və Qadın Məsləhətxanalarının baş həkimlərinə müvafiq tapşırıqlar verdi.

Вся лента