Azərbaycan və Misir Bakı - Şarm əş-Şeyx birbaşa aviareyslərinin açılışını müzakirə etdilər

14:03 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov Misir nümayəndə heyəti ilə görüşüb.

AZTA-nın məlumatında deyilir ki, Nahid Bağırov Misir nümayəndə heyəti ilə Bakı- Şarm əş-Şeyx birbaşa aviareyslərinin perspektivləri müzakirə edib.

“Nümayəndə heyətinə “Ərəb Dəniz Gəmiçilik Palataları Federasiyası”nın prezidenti, “Kadmar Turizm” şirkətlər qrupunun prezidenti, “İskəndəriyyə İş Adamları” assosiasiyasının davamlı inkişaf komitəsinin sədri, Kontr-admiral Hatem Əlqadi, eləcə də, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elayd və Misir Səfəriliyinin müvəqqəti işlər vəkili Hossam Başari də daxildir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, görüşdə həmsöhbətlər Azərbaycan ilə Misir arasında turist axınının artırılması, turizm şirkətləri və müvafiq strukturları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə etdilər.

“Qeyd edildi ki, Bakı- Şarm əş-Şeyx birbaşa aviareyslərinin açılışı turist axınının inkişafına tövhə verəcək”, - AZTA-nın məlumatında belə deyilir.

 


Вся лента