Sabirabad rayonunda avtomobil yolunun tikintisinə 15 milyon manat ayrılıb

10:52 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Sabirabad rayonunda Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam  imzalayıb

Dövlət başçısının rəsmi saytında bildirilir ki, Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun 22 min əhalisi olan 15 yaşayış məntəqəsini birləşdirilir.

“Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”, - Sərəncamın mətnində belə deyilir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Вся лента