“Yeni təhsil proqramı üzrə qiymətləndirmə tapşırıqları” adlı vəsaitlər çapdan çıxıb

11:54 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunmuşdur.

Vəsaitləri aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar (Vəsaitlərin elektron qaydada sifarişi sentybarın 17-dən etibarən mümkün olacaq):

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

 

Вся лента