Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Azərbaycanda qanunsuz ov etdiklərinə görə saxlanıldılar

10:57 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, saxlanılanlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

“Araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub”, - məlumatda belə deyilir.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

 

Вся лента