2018-ci ilin 8 ayı ərzində Azərbaycan elektrik enerjisi ixracını artırıb

12:23 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan 1 264 401,21 min kilovat-saat həcmində elektrik enerjisi ixrac edib ki, bu da 59 586,32 min dollar təşkil edir.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici, ötən ilin eyni dövründə qeyd edilən göstəricidən (36,232,16 min dollar həcmində 812,338.69 min kilovat / saat) 55,6% çoxdur.

“Hazırda Azərbaycan Gürcüstana, Türkiyəyə, Rusiyaya və İrana elektrik enerjisi ixrac edir”, - məlumatda  belə deyilir.

2017-ci il ərzində  Azərbaycan 50968,96 min dollar həcmində 1,160,196.03 min kilovat / saat elektrik enerjisi ixrac edib.

 

Вся лента