2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır

12:29 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmil əsaslar üzərində qurulması üçün təkliflərin hazırlanması məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib. 

S.Babayev məşğulluq, sosial müdafiə sahələrində dövlət xidimətlərinin vahid platformadan, “bir pəncərə” prinsipi üzrə təşkili üçün yaradılacaq DOST mərkəzlərinin fəaliyyətinin mühüm bir istiqamətinin pensiya təminatı məsələləri ilə bağlı olacağını bildirib.

O qeyd edib ki, bunun üçün müvafiq elektron əsaslı infastrukturda pensiya təyinatı sisteminin tam avtomatlaşdılmış mexanizmi mövcud olacaq. Nəticədə pensiya təyinatı sahəsində məmur-vətəndaş təmasının, bir çox hallarda özünü göstərən süründürməçilik hallarının aradan qalxmasına və tam şəffaf mühitin yaradılmasına, ümumilikdə sığorta-pensiya sistemində innovativ idarəetmənin formalaşmasına nail olunacaq.

Nazir, eyni zamanda, 2006-cı ilədək olan sosial sığorta stajlarının müəyyən edilməsi ilə bağlı tətbiq olunan yanaşmalara yenidən baxıldığını, bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını qeyd edib.

Sonra işçi Qrupunun cari fəaliyyətinin nəticələri, pensiya təyinatı prosedurunun elektron infrastrukturunun qurulması sahəsində aparılan işlər, sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təkmil şəkildə hazırlanması üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Вся лента