“Baker Hughes” SOCAR-ın Türkiyədəki şirkətləri üçün proqram təminatı həyata keçirir

15:30 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. “Baker Hughes” şirkəti “STAR Rafineri AŞ” və “Petkim Petrokimya Holding AŞ”yə səmərəlilik və məhsuldarlığı təmin etmək üçün effektiv idarəetmə proqram təminatı həyata keçirir. Bu, Türkiyədə həyata keçirilən ilk rəqəmsal layihədir. Layihə SOCAR ilə qlobal miqyasda həyata ilk biznes əməkdaşlığıdır.

Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunun (NEZ) oktyabrda istifadəyə verilməsi nəzərdə tutulur. “Star”da hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Вся лента