Kənd Təsərrüfatı Nazirliyinin regionlardakı monitorinqi davam edir

15:55 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi Bərdə, Ağdam və Ağcabədi rayonlarında şumun yerlərdə aparılma vəziyyəti, texnika, gübrə, toxumla təminat, həmçinin pambıq yığımına hazırlıq işlərinin aparılma vəziyyəti ilə tanışlıq, bitkinin sortundan asılı olaraq qozaların açılma faizinin müəyyənləşdirilməsi  üçün aidiyyəti qurumların iştirakı ilə monitorinqlər keçirib.

Qeyd olunan rayonlarda kənd sakinləri ilə görüşlər keçirən mütəxəssislər problem və təklifləri dinləyib, kənd ərazisində taxıl əkini məqsədi ilə aparılmış şuma baxış keçirib və aqronomlarla söhbətlər aparıblar.

 

Вся лента