Dövlət Miqrasiya Xidməti Beyləqanda səyyar xidmət təşkil edib

16:50 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Dövlət Miqrasiya Xidməti tərəfindən Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Beyləqan rayonu ərazisində sənədsiz və ya qeydiyyatsız yaşayan şəxslərin səyyar qəbulu həyata keçirilib.

Beyləqan rayon polis şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsi əməkdaşlarının iştirakı ilə təşkil edilmiş səyyar qəbul vaxtı 9 nəfərin müraciəti dinlənilib. Onlardan 5 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün sənədləri qəbul edilib. 3 nəfərə  Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar və arayışlar, 1 nəfərə  isə  Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar təqdim olunub.

 

Səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional miqrasiya idarəsinə müraciət etməkdə çətinlik çəkən şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu və cavablandırılmasını həyata keçirməkdir.

Вся лента