"ASAN Peşə" Təhsil Mərkəzində ilk dərs

18:35 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Sentyabrın 17-də Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində  yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən,  birinci müavin İlham İsmayılov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili, Mingəçevir "ASAN Xidmət" Mərkəzinin nümayəndələri, peşə təhsili müəssisəsinin müəllim-pedoqoji heyəti, valideynlər və tələbələr iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov müəllimləri, tələbə və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıb.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edib, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Amil Əlili peşə təhsili müəssisələrinə qəbulda “ASAN peşə” layihəsinin tətbiqinin,  Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin yaradılmasının peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən olduğunu diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları "ASAN Peşə" Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Cari tədris ilindən etibarən fəaliyyətə başlayan “ASAN Peşə” Təhsil Mərkəzində  5 ixtisas üzrə tədris aparılacaq. 3 mərtəbədən ibarət olan mərkəz müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, tədris olunacaq peşələrə uyğun ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub.

 

Вся лента