Azərbaycan məhsulları “Worldfood Moscow 2018” Sərgisində

18:43 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Sentyabrın 17-də Moskvada “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulları nümayiş olunur.

Sərgi  sentyabrın 20-dək davam edəcək.

 

Вся лента