İlham Əliyev İran sərhədi ilə magistral yolunun açılışında iştirak edib

12:54 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

Avtomobil yolunun ümumi uzunluğu 243 kilometr, yeni avtomobil yolunun ümumi uzunluğu isə 204 kilometrdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov  bildirib ki,  yeni avtomobil yolunun eni 15 metrdir, hərəkət zolaqlarının sayı 4-dür.

Bu magistral “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir, istifadəyə verilməsi turizmin inkişafına və beynəlxalq yük daşımalarının həcminin artmasına müsbət təsir göstərəcək.

 

Вся лента