Ekologiya və Təbii Sərvətlər Naziri Zaqatalada vətəndaşları qəbul edəcək

13:05 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 sentyabr 2018-ci il tarixində saat 09:30-da Zaqatala  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala  şəhəri, Car küçəsi 3) Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 051-960-60-00, 050-580-88-38, 024-22-08-37) xahiş olunur.

Вся лента