Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub

15:19 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri xanım Rozaliya İboyya ilə görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda ölkələrimizin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Aqiyə Naxçıvanlı qonağa komitənin fəaliyyəti və parlamentdə qəbul olunan ailə qanunvericiliyi haqqında məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Rumıniyanın Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalardan dəstəkləməsinə çağırıb.

Xanım Rozaliya İboyya Azərbaycanda aparılan gender siyasətindən və bu sahədə qəbul edilən qanunlardan məmnun olduğunu bildirib. Qonaq Azərbaycanın maraqlarının təmin edilməsində ölkəsinin fəal olacağını söyləyib.

Вся лента