“Aqrolizinq” ASC-nin rəhbərliyi Şəkidə bölgənin fermer və sahibkarları ilə görüşəcək

15:27 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti regionlarda maarifləndirmə işlərini davam etdirir. Bununla əlaqədar “Aqrolizinq”in rəhbər işçiləri sentyabrın 22-də Şəki şəhərində fermer və sahibkarlarla görüş keçirəcəklər. Görüş saat 11.00-da Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində baş tutacaq. Görüşdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermer və sahibkarların iştirakı nəzərdə tutulur. “Aqrolizinq” ASC rəhbərliyi ilə görüşdə iştirak etmək istəyən şəxslər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 735-35-77) müraciət edə bilərlər.

Qeyd edək ki, bundan əvvəl “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Yevlax, Masallı, Salyan rayonlarında bölgə sakinləri ilə görüşlər təşkil olunub. Görüşlərdə əsas məqsəd “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Вся лента