SOCAR: Yüksəksıxlıqlı polietilen zavodunda işlər 98 faiz tamamlanıb

15:39 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. SOCAR-ın yaydığı məlumatda bildirilir ki, “SOCAR Polymer” şirkətinin Polipropilen zavodu 2 ay öncə istifadəyə verilib. Yüksəksıxlıqlı polietilen zavodunda isə işlər 98 faiz tamamlanıb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsinin tərkib hissəsi olan zavodun məhsuldarlığı 120 min tondur. Ümumilikdə kompleksdə istehsal olunan məhsulların 30 faizi daxili bazarın tələbatını ödəyəcək, 70 faizi ixrac ediləcək. İxrac üçün nəzərdə tutulan məhsulun əsas hissəsi Türkiyə bazarına çatdırılacaq.

Вся лента