Ağcabədinin Bilağan kəndinə təbii qaz verildi

15:50 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az.  Sentyabrın 18-də Ağcabədi rayonunun  Bilağan kəndinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur.

Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu  1 690  metr polietilen və ümumi uzunluğu 9 599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılıb istismara qəbul prosesindədir.Tezliklə təbii qazın verilişi təmin ediləcək. 

Вся лента