Sentyabrın 19-na olan hava haqqında məlumat

16:12 - 18.09.2018


18 sentyabr, Fineko/abc.az. Sabah, sentyabrın 19-da Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və axşam bəzi yerlərdə yağış yağacaq. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

 

Вся лента