“Air Baltic” Azərbaycanda nümayəndəliyini açdı

11:13 - 8.11.2017


8 noyabr, Fineko/abc.az.  Latviyanın milli aviaşirkəti “Air Baltic Corporation” Azərbaycan nüməyəndəliyini qeydiyyatdan keçirib.

Vergilər Nazirliyindən verilən məlumata əsasən, nümayəndəlik  24 iyul tarixində qeydiyyata alınıb.

Nümayəndəliyin təsisçisi kimi, Rusiya vətəndaşı Andrey Larçenko qeydiyyata alınıb.

“Air Baltic” Latviyanın sərnişin və yük daşımalarını həyata keçirən  milli aviaşirkətidir.

 

 

Вся лента