17:32 - 18.09.2018
18 sentyabr, Fineko/abc.az. Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun 20,000,000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001.9167 manat qiyməti ilə satışa çıxarılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 2-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 60,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir. Buraxılışın 20,000,000 manat təşkil edən birinci emissiyası cari il avqustun 28-də yerləşdirilib.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024
22 Апрель 2024