Masallı şəhərinin abadlaşdırılması üçün vəsaitlər ayrılıb

10:51 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Masallı şəhərinin abadlaşdırılması işləri üçün Masallı rayonu İcra Hakimiyyətinə dövlət büdcəsindən 3 milyon manat məbləğində vəsaitin ayrılması barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamında deyildiyi kimi, bu vəsaitlər həmçinin şəhərin on küçəsinin əsaslı təmiri üçün nəzərdə tutulub.

Bundan əlavə, Azərbaycan prezidenti Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2018-ci il dövlət büdcəsindən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1, milyon manatın ayrılması barədə sərəncam imzalayıb.

Vəsaitlər, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.

 

Вся лента