Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

11:00 - 19.09.2018


19 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.
Başsağlığında deyilir: “Suriyda vurulmuş İl-20 təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Вся лента