AzTa: Azərbaycan turistlərinə Türkiyə kurortlarında xüsusi endirimlər təqdim edilə bilər

11:52 - 8.11.2017


8 noyabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTa) Nahid Bağırov Türkiyə səfirliyinin və “Turkish Airlines” şirkətinin nümayəndələrini qəbul edib.

Assosiasiyadan xəbər verildiyi kimi, görüş əsnasında tərəflər turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə, Türkiyədən Azərbaycana turist axınının artırılmasının təmin edilməsi məsələsini müzakirə etdilər.

“Görüş zamanı Nahid Bağırov Türkiyə tərəfinə, yay mövsümündə Türkiyə kurortlarında istirahət edən Azərbaycan turistlərinə xüsusi endirimlərin təmin edilməsini təklif etdi. Həmçinin, tərəflər “AzTa”ya, Assosiasiya tərəfindən  təşkil edilən “Ekskursiya rəhbərləri və otel xidməti  kursları” üçün Türkiyəli təlimçilərin göndərilməsi barədə razılaşdılar”, - məlumatda belə deyilir.

 


Вся лента